Qazaxıstan Azərbaycanın ən böyük ticarət tərədaşıdır

"Prezident İlham Əliyevin "Kazinform" agentliyinə müsahibəsində Azərbaycan və Qazaxıstan arasındakı strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha qeyd edilib". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib: "Qazaxıstan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır. 470 milyon dollar ticarət dövriyyəsi ilə Qazaxsıtan həmçinin Türk dövlətləri arasında Azərbaycanın ikinci ən böyük ticarət ortağıdır. Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 33 faiz artıb.

Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Göründüyü kimi, tərəflər arasında çoxsahəli əməkdaşlıq platforması formalaşmışdır. Ölkələr arasındakı iqtisadi əlaqələr ilə yanaşı, mədəni və humanitar sahədə də ciddi əməkdaşlıq müşahidə olunmaqdadır.  Cənab Prezidentin qeyd etidyi kimi, ötən onilliklər ərzində Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Xüsusən də son illər Türk dövlətlərinin daha da yaxınlaşması ölkələr arasında əlaqələrdə yeni səhifə açıb.

Hər iki dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasındakı iqtisadi və siyasi münasibətləri daha da gücləndirmişdir. Bu isə, ölkələr arasında ciddi əməkdaşlıq potensialının olduğunu və bundan artıq daha sıx şəkildə istifadə edildiyini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31