Qızılın qiyməti tarixi rekordu yenilədi

Qızılın qiyməti tarixdə ilk dəfə olaraq 4 200 ABŞ dollarını keçib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Comex birjasının (Nyu-York Əmtəə Birjasının bölməsi) ticarət məlumatlarında yer alıb.

15 oktyabr Bakı vaxtı ilə saat 05:12-yə olan göstəricilərə əsasən, dekabr 2025-ci il tədarükü üzrə fyuçersin qiyməti 0,64% artaraq 4 202,4 dollar olub. Bir neçə dəqiqə sonra qiymət artımı davam edərək 4 205,1 dollara (+0,7%) yüksəlib.

Ekspertlər artımı qlobal iqtisadi qeyri-sabitlik və investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə əlaqələndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31