Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin ilk günü yekunlaşıb (FOTO)

Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin ilk günü yekunlaşıb .

Olaylar xəbər verir ki, tədbir çərçivəsində 5-ci Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh", 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild", 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku", 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi "Plastex Caspian", eləcə də bu sərgilərlə yanaşı keçiriləcək 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" sərgisi keçirilibk.

Tədbirin açılışda Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışında bildirib ki, 2020-2025-ci illərdə Qarabağda icra olunan 1500-ə qədər layihələndirmə və tikinti işləri üzrə ümumi satınalma prosedurları keçirilib.

E. Bağırov vurğulayıb ki, ümumilikdə 9 şəhər, 90-a yaxın kənd və qəsəbəni əhatə etməklə cari ilin 8 ayında 260-dan artıq satınalma prosesi həyata keçirilib:

"2022-2025-ci illər üçün dövlət proqramı çərçivəsində qəbul edilməsi nəzərdə tutulan milli texniki reqlamentin tələblərinin yerinə yetirilməsi məqsədilə 1000-dən artıq istinad standartlarının qəbul edilməsi nəzərdə tutulur".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov çıxışında qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə böyük tikinti-quraşdırma işləri həyata keçirilir. 6-sı şəhər olmaqla 28 yaşayış məntəqəsinə artıq məcburi köçkünlərin bir hissəsi geri qayıdıb.

Onun sözlərinə görə, 50 mindən artıq əhali Qarabağda yaşayır, işləyir, təhsil alır.

"Eyni zamanda orada istifadə olunan texnoloji avadanlıqların əhəmiyyətli hissəsi Azərbaycanda istehsal olunur. Bundan əlavə işğaldan azad olunmuş ərazilər "yaşıl zona" elan edilib. Burada görülən işlər məhz bu çərçivədə aparılır", - deyə İ. İsbatov qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, son illər ərzində Azərbaycan iqtisadiyyatı müsbət artım nümayiş etdirir, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 95 milyard 229 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Onun sözlərinə görə, sözügedən dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektoru isə 2,9 faiz artıb:

"Bu, dövlətin və özəl sektorun birgə fəaliyyətinin real nəticəsidir. Eyni zamanda qeyd edim ki, ÜDM istehsalının 6,6 faizi tikinti sektorunun payına düşüb. Ölkədə qeydiyyatdan keçən müəssisələrin 19 mindən çoxu və ya 8.7%-i tikinti sektorunda fəaliyyət göstərir. Bu rəqəm, tikinti sektorunun ölkə iqtisadiyyatında mühüm rol oynadığını və qeyri-neft sektorunun inkişafında əhəmiyyətli bir sahə olduğunu göstərir".

"Eyni zamanda, bu sektorun iqtisadi artıma töhfəsi, dövlətin infrastruktur layihələrinə və özəl sektorda həyata keçirilən tikinti işlərinə olan investisiyalarının artması da müşahidə edilir", - deyə M. Musayev vurğulayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı çıxışda bildirib ki, 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın ilkin hazırlıq işləri, demək olar ki, tamamlanıb.

O əlavə edib ki, proqram müvafiq qurumlarla müzakirədən keçirilib və yaxınlarda müvafiq qaydada təqdim olunacaq.

Qeyd edək ki, dövlət strukturları nümayəndələrinin iştirakı ilə baş tutan tədbir 3 gün davam edəcək.

Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin ilk günü yekunlaşıb (FOTO) (YENİLƏNİB)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31