Bu işçilərin orta aylıq əməkhaqqısı artdı
16:46 İqtisadiyyat2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3849,8 manat, qeyri neft-qaz sektorunda 1042,6 manat təşkil edib:
"Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1063,6 manat, özəl müəssisələrdə isə 1123,8 manat olunub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31