Qızılın qiyməti rekord həddə çatdı - Tarixdə ilk dəfə
11:54 İqtisadiyyatNyu-York Ticarət Birjasında (COMEX) dekabr ayı üçün qızıl füçersləri 0.72% artaraq bir trua unsiyası üçün 3 901.20 dollara yüksəlib.
Olaylar.az xəbər verir ki, bu, tarixdə ilk dəfədir ki, qızılın qiyməti 3 900 dollar səviyyəsini keçir.
Qiymət artımı ABŞ hökumətinin fəaliyyətini dayandırması ilə bağlıdır. Oktyabrın 1-də, ABŞ federal hökuməti rəsmi olaraq fəaliyyətini dayandırıb.
Bundan əvvəl qızılın qiyməti ilk dəfə 3 850 dollar/unsiya həddini keçmişdi. ABŞ hökumətinin bağlanma riski dolların qlobal bazarda zəifləməsinə səbəb olub, bu da qızılın bahalaşmasını sürətləndirib. Eyni zamanda, gümüşün qiyməti 2011-ci ilin may ayından bəri ilk dəfə olaraq bir unsiya üçün 47 dolları ötüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31