Azərbaycanda BOEM-in enerji şəbəkəsinə inteqrasiya üçün müasir proqnozlaşdırma mexanizminin olması vacibdir

Azərbaycanda enerji şəbəkəsinə inteqrasiya zamanı açar rol oynayan bir sistemə malik olmaq və ölkədə həqiqətən müasir bir proqnozlaşdırma mexanizminin olması vacibdir.

Olaylar.az xəbər verir ki, bunu Bakı şəhərində keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbiri zamanı "Azərişıq" ASC-nin Vetroenergetika şöbəsinin rəhbəri Rasim Əliyev bildirib.

"Görürük ki, ölkəmizdə çoxsaylı layihələr həyata keçirilir və mən hesab edirəm ki, bu, gələcəkdə böyük əhəmiyyət kəsb edəcək. Həmçinin istismar zamanı SCADA (Nəzarət və Məlumat Toplama Sistemi) məlumatlarından istifadə edərək proqnozlaşdırıcı texniki xidmət tətbiq etmək daha məqsədəuyğundur - bu, çox vacibdir. Bu gün hələ də köhnə metodlar - profilaktik və düzəlişli xidmət istifadə olunur, lakin mənim fikrimcə, bunlar çox effektiv deyil", - R. Əliyev qeyd edib

Onun sözlərinə görə, proqnozlaşdırıcı xidmət vasitəsilə nasazlıqlar və problemlər onların yaranmasından əvvəl aşkar edilə bilər: "Bu isə xərcləri azaldır, vaxta qənaət edir və elektrik enerjisinin istehsalının proqnozlaşdırılmasının dəqiqliyini artırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31