Azərbaycan Naxçıvanda və işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrini genişləndirir
16:01 İqtisadiyyatAzərbaycan bərpaolunan enerji sahəsində, o cümlədən günəş və külək elektrik stansiyaları, həmçinin Naxçıvan MR və işğaldan azad olunmuş ərazilərdə yeni obyektlərin yaradılması üzrə layihələri fəal şəkildə inkişaf etdirir.
Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində (Azerbaijan & Central Asia Green Energy Week 2025)çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bərpaolunan enerjinin enerji sisteminə inteqrasiyasının birinci mərhələsi 2023-cü ildə həyata keçirilib, ikinci mərhələnin isə cari ilin sonunadək başa çatacağı gözlənilir.
"Növbəti mərhələdə ümumi gücü təxminən 1 qiqavat olan layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur - bunun 760 meqavati günəş, 240 meqavati isə külək enerjisi hesabına olacaq. Günəş enerjisi üzrə güclərin istifadəyə verilməsi 2026-cı ilə, külək enerjisi üzrə isə 2027-ci ilə planlaşdırılır.",-deyə o bildirib.