Qızılın qiyməti tarixdə ilk dəfə 3800 dolları keçib.
Olaylar.az xəbər verir ki, çərşənbə axşamı Nyu Yorkdakı "Comex" birjasında qızılın dekabr fyuçersləri 1 troy unsiyası üçün 3800 dollar səviyyəsini aşaraq yeni rekord qırıb. Qiymət əvvəlki bağlanışa nisbətən 0,68% artıb.
Eyni zamanda, gümüşün dekabr fyuçersləri də artaraq unsiyası 44,36 dollar səviyyəsinə yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31