“Sea Breeze” təşəbbüsü çərçivəsində yeni əməkdaşlıq memorandumları imzalanıb (FOTO)

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Sea Breeze Resort"un sahibi və təsisçisi, həmçinin "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov bir sıra şirkətlərin rəsmiləri ilə mühüm sənədlər imzalayıb.

Olaylar xəbər verir ki, imzalanan sənədlər aşağıdakıları əhatə edir.

"Sea Breeze Resort" və InterContinental Hotel Group (IHG) Crowne Plaza - "Resort"da "Crowne Plaza" standartlarına uyğun xidmətlərin tətbiqi nəzərdə tutulur. Memorandumu Emin Ağalarov və IHG-nin CIS, Türkiyə və İsrail üzrə İnkişaf Direktoru Alexis Feuillat imzalayıb.

"Sea Breeze Resort" və Radisson Hotel Group "Radisson Blu" - Memorandum qonaqlara yüksək səviyyəli konfrans və istirahət imkanlarının yaradılmasını təmin edəcək. İmzalanma mərasimində Emin Ağalarov və Radisson Blu-nun Şərqi Avropada Biznesin İnkişafı üzrə Vitse-Prezidenti David Jenkins iştirak edib.

"Sea Breeze Resort" və "Accor Group Rixos" - Memorandum çərçivəsində resortda Rixos otel xidmətləri tətbiq olunacaq və regionda lüks turizmin inkişafına töhfə veriləcək. Memorandumu Emin Ağalarov və Accor Group-un MEAIT və Rixos üzrə Senior İnkişaf Meneceri Ritvika Sethi imzalayıb.

"Sea Breeze Resort" və "Digital Residence" - Memorandum resortun rəqəmsal infrastrukturunun gücləndirilməsini və onlayn rezervasiya xidmətlərinin inkişafını əhatə edir. İmzalanma mərasimində Emin Ağalarov və "Digital Residence" Layihə Meneceri Denis Rudnik iştirak edib.

Tibbi turizm və "Sea Breeze Health Valley" layihəsi - Memorandum tibbi turizmin inkişafını və sağlamlıq xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edəcək. Sənəd Azərbaycan Turizm Bürosunun CEO-su "Florian Sengstschmid" və "Sea Breeze Health Valley"in İdarəedici direktoru Konstantin Grinfeld tərəfindən imzalanıb.

Səhiyyə investisiyaları və klaster inkişafı üzrə strateji əməkdaşlıq - Memorandum səhiyyə sektorunda investisiyaların artırılmasını və klaster modelinin inkişafını nəzərdə tutur. Memorandumu Azərbaycan Biznesin İnkişafı Fondunun Baş Direktoru Yasin Cəlilov və Konstantin Grinfeld imzalayıb.

"Sea Breeze Resort", "Sana Hospital Group" və "Don Agro International" - Memorandum tibbi turizm, səhiyyə və kənd təsərrüfatı sektorlarının inteqrasiyasını və "Sea Breeze Health Valley" layihəsinin inkişafını əhatə edir. Memorandumu Konstantin Grinfeld, "Sana Hospital Group"un Beynəlxalq Direktoru Sven Heininger və "Don Agro International"ın CEO-su Marat Devlet-Kildeyev imzalayıb.

"Sea Breeze" təşəbbüsü çərçivəsində yeni əməkdaşlıq memorandumları imzalanıb (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31