ABŞ yaxın günlərdə TikTok-la bağlı Çinlə razılaşma imzalayacaq - Ağ Ev
18:48 İqtisadiyyatABŞ administrasiyası yaxın günlərdə sosial media platforması TikTok-la bağlı Çinlə razılaşmanın imzalanacağına tam əmindir.
Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlayıb.
"Biz 100% əminik ki, saziş hazırdır. İndi sadəcə onun imzalanması lazımdır və prezidentin komandası çinli həmkarları ilə bunun üzərində işləyir", - o bildirib.
Livitt həmçinin qeyd edib ki, sazişin "yaxın günlərdə" imzalanması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31