Yumurta ixracına başladıq?

6 ayda ölkədən  37798 kq mal əti konservası, 54,3 ton mal və qoyun bağırsağı, 30 ton yuyulmuş yun, 2 baş iş atı, 302400 ədəd mətbəx yumurtası, 23,3 ton dondurma və s. ixrac edilib. Məlumatı DBX-nın mətbuat xidməti yayıb. Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə "OLAYLAR"a bildirdi ki, hazırda quşçuluq müəsissələrindən yumurta ixracını reallaşdırmaq mümükün olmayıb. İrak baytarları Azəarbaycanın yumurta almağı planlaşdırdığı quşçuluq müəssisələrindən qan analizləri və digər analizlər götürüb. Yalnız bundan sonra yumurta ixracı mümkün ola bilər.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31