Azərbaycan rəqəmsal inkişafda böyük irəliləyiş əldə edib - Fərid Osmanov

Son illərdə Azərbaycan e-xidmətlər, rəqəmsal sistemlər və infrastruktur tətbiq edərək rəqəmsal inkişafda böyük irəliləyişlər əldə edib.

Olaylar xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bu barədə Bakıda keçirilən 49-cu Beynəlxalq Tələbə Proqramlaşdırma Olimpiadası (ICPC) Dünya Finalının bağlanış mərasimində bildirib.

O vurğulayıb ki, bütün bu səylər insan kapitalı və insan resursları sayəsində mümkün olub.

"Gəlin unutmayaq ki, texnologiya və innovasiyanın əsasını insan istedadı təşkil edir. ICPC kimi yarışmalar dünyadan ən parlaq zehinləri bir araya gətirir.

Mən bütün iştirakçılara bir daha müraciət etmək istəyirəm: bugünkü nəticədən asılı olmayaraq, siz Azərbaycan rəqəmsal gələcəyini təmsil edirsiniz. Siz dəyişiklik yaratmaq üçün qabaqcıl bilik və bacarığa sahibsiniz", - deyə sədr qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31