ICPC Fondu ADA Universitetinə 100 min ABŞ dolları məbləğində qrant təqdim edib

ICPC Fondu ADA Universitetinə 100 min ABŞ dolları məbləğində qrant təqdim edib.

Olaylar xəbər verir ki, Beynəlxalq Tələbə Proqramlaşdırma Olimpiadası (ICPC) Fondunun prezidenti Bill Pauçer bunu Bakı şəhərində keçirilən 49-cu ICPC Dünya Finalının bağlanış mərasimində açıqlayıb.

"O fond ICPC Universitet ADA-ya 100 min ABŞ dolları məbləğində qrant təqdim edir. Bu, universitetdə ICPC icmasını dəstəkləmək məqsədilə verilən bir qrantdır. Siz onu ICPC-ni təşviq etmək üçün istədiyiniz şəkildə istifadə edə bilərsiniz. Məsələn, tələbələr üçün təqaüdlər, bu kimi xüsusi tədbirlər üçün istifadə oluna bilər", - deyə o bildirib.

"Onu komandaların digər ölkə və şəhərlərdə keçirilən yarışlara səfərləri üçün də istifadə etmək olar", - deyə B. Pauçer əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31