Qablaşdırılmamış çörəyin satışı qadağan ediləcək
11 İyul 2012 15:46 İqtisadiyyatYaxın vaxtlarda çörək məhsullarının qablaşdırılması üzrə milli standartın qəbul ediləcəyi gözlənilir. Bu barədə məlimat verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovun sözlərinə görə, bu milli standart çörək və çörək məhsullarının daşınması zamanı mövcud olan problemləri aradan qaldıracaq: "Hazırda Azərbaycanda çörəklə bağlı 4 standart mövcuddur. Lakin həmin standartlarda çörəyin qablaşdırılması nəzərdə tutulmur. Beynəlxalq təcrübədə isə belə standart tətbiq edilir. Hazırda yeni standart barədə müvafiq orqanlarla razılaşma aparılır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31