"Qaz vurub qazan dolduran” ticarət şəbəkələri

Dövrümüzdə onlayn ticarət həyat tərzimizə çevrilməsi ilə yanaşı, çoxsaylı problemlər də gətirib. Adını eşidib, üzünü görmədiyimiz mal və məhsuların keyfiyyəti barədə internet üzərindən məlumat əldə etmək qətiyyən müştəri məmuniyyətinə səbəb ola bilməz. O ki qaldı dünyada mövcud olan milyonlarla şirkətin məhsullarının satışa çıxarılmasına, etiraf edilməlidir ki, adam belə məhsul bolluğunda çaş-baş qalır. Məhz bu kimi səbəblərdən saxta məhsullar satışa çıxarılır, insanlar aldadılır, istehlakçıların hüquqları açıq-aşkar pozulur. Məsələ orasındadır ki, təkcə onlayn ticarətdə deyil, eləcə də "məhşur" ticarət şəbəkələrində eyni proseslər baş verir. Faciəvi haldır ki, illərlə tanınmış mağazalar şəbəkəsində insanlar aldadılır, saxta və keyfiyyətsiz mal və məhsullar baha qiymətə satılır, istehlakçıların hüquqlarının qorunması istiqamətində isə heç bir əməli addım atılmır. Belə mağazalar şəbəkəsindən biri də "Kontakt Home"dir ki, fəaliyyəti dövründə bu şəbəkə barədə heç də müsbət fikir formalaşmayıb. Əsasən texniki cihazların, mobil telefonların, elektrik məişət avadanlıqların satışı ilə məşğul olan bu mağazalar şəbəkəsinin fəaliyyəti istehlakçıarı aldatmaq üzərində qurulub. Əslində alıcıları aldatmaq yolu ilə daha çox gəlir əldə etmək niyyəti digər mağazalar şəbəkələrində də müşahidə olunur. Ancaq, etiraf edilməlidir ki, "Kontakt Home" bu istiqamətdə heç bir sərhəd tanımır. Mediada, sosial şəbəkələrdə ən çox şikayət edilən, insanların kütləvi şəkildə narazılıq etdiyi mağaza kimi tanınan "Kontakt Home" heç də fəaliyyətində dönüş etmək fikrində deyil. Necə ola bilər ki, öz nüfuzunu və reputasiyasını qorumaq barədə düşünmək əvəzinə, alıcıları aldatmağa üstünlük verən şirkətin fəaliyyəti bu qədər uzun müddətdə davam etsin? 
Təsəvvür edin ki, uzun illərdən bəri "Kontakt Home" uçuz və keyfiyyətsiz məhsulları brend kimi təqdim edir. Lakin satılan mal və məhsulların keyfiyyəti heç də reklam edildiyi kimi istifadəyə yararlı olmur. Saxta məhsulun brend mal kimi reklam olunması bir yana, onun geri qaytarılması, yaxud eyni dəyərə malik malla əvəzlənməsini tələb edərkən adamın dərisi boğazından çıxır. Özbaşınalıq o həddə çatıb ki, hətta zəmanət müddəti olan məhsulların dəyişdirilməsi mümkünsüz olur. Qanunvericiliyimizə görə, isə 14 gün ərzində vətəndaşın ixtiyarı var ki, həmin məhsulu qaytarsın və ya onun keyfiyyətli məhsulla əvəz olunmasını mağazadan tələb etsin. Hətta əgər 14 gün keçibsə və bu müddətdən sonra qüsur aşkar olunubsa, yenə də mağaza bir il ərzində həmin qüsuru aradan qaldırmaq üçün təminat verməlidir. Saxta endirim kompanyaları, ilkin ödənişsiz və arayışsız olmaqla, nəğd və ya hissə-hissə ödənişlə məhsullar "Kontakt Home" online mağazasında yalnız pulsuz çatdırılmada irəlidədir. Şübhəsiz ki, bu liderlik vətəndaş məmnunluğu, müştəri etibarlığı qazanmaq üçün yox, bazarda üstünlüyü ələ almağa xidmət edir. 
Əslində adıçəkilən mağazalar şəbəkəsinin özbaşınalığının arxasında bir sıra ciddi səbəblər durur. Əvvala qeyd edək ki, ölkədə  istehlakçı hüquqlarını qoruyan mükəmməl qanunvericilik bazası olsa da, onun icrasına nəzarətdə bir sıra boşluqlar var. Xüsusən, aidiyyati dövlət qurumları tərəfindən ciddi monitorinq və cəza tədbirləri həyata keçirilmədiyi üçün şirkətlər yaranməş boşluqdan məharətlə istifadə edirlər. Bazarda bu kimi şirkətlərin rəqibi olmadığından təbii inhisarçıya çevrilirlər ki, bu da vətəndaşların alternativ seçim imkanını məhdudlaşdırır. Bu kimi amillər isə ticarət şəbəkələrinin korporativ məsuliyyət hissini azaldır. Məhz sadalanan amillər iri ticarət şəbəkələrin ozbaşınalığına şərait yaradır. 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31