İcbari şəxsi sığorta ödənişləri kimlərə şamil edilir?- ÖZƏL
12:10 İqtisadiyyatDövlət icbari şəxsi sığorta ödənişlərinin şamil edildiyi şəxslər sırasına Milli Məclisin deputatları da daxildir. "Olaylar" xəbər verir ki, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Milli Məclisi deputatı sığortaolunan hesab olunur. Belə ki, sığortaolunan 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.
Sığortaolunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır və sığorta ödənişləri sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir:
Həlak olduqda - 100%; aldığı xəsarət nəticəsində əlillik müəyyən edildikdə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80%; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60%; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40%; əlillik müəyyən edilmədən ağır xəsarət aldıqda - 20%; az ağır xəsarət aldıqda - 10%; yüngül xəsarət aldıqda - 5%.