İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)

Avqustun 1-də Azərbaycan Respublikasının İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində "2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozları"nın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edən büdcə-vergi siyasəti, "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nə ediləcək dəyişikliklər və cari iqtisadi məsələlər müzakirə olunub.

Olaylar xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin təklifləri dinlənilib və İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.

İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)

İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31