“Cherry nectar” saxta çıxdı
11 İyul 2012 15:24 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəb küçəsi, 4 a ünvanında Süleyman Süleymanova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı portağal, qarağat nektarlarının və qazlı suların uyğunluq sertifikatı olmadan istehsal edildiyi, düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərildiyi aşkar edilmişdir. Bundan başqa, yoxlama zamanı albalı, şaftalı, qarağat və portağal nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan sözlərin ("Cherry nectar", "Peach nectar", "Black-Currant nectar", "Orange nectar") yazıldığı müəyyən edilmişdir. Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir. Araşdırmalar davam edir.