Ağdərədə turizm infrastrukturu yaradılacaq

Ağdərə rayonu, Sərsəng su anbarı ətrafında turizm infrastrukturu yaradılacaq.

Olaylar.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyi (DTA) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, agentlik qeyd olunan turizm infrastrukturunun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işlərini "Apex Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 266 379 manat ödənilib.

DTA-nın müqavilə bağladığı "Apex Group" MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Bağırlı Elvin Eldar oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31