ADSEA sədri Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti və nümayəndə heyəti ilə görüş keçirib
19 İyul 2025 22:20 İqtisadiyyatAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti cənab Rövşən Nəcəf və nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı tərəflər COP29 çərçivəsində ADSEA və Socar Green arasında imzalanmış anlaşma memorandumu sənədinə istinadən yeni əməkdaşlıq imkanları, həmçinin enerji səmərəliliyi, yaşıl enerji, infrastruktur və rəqəmsallaşma sahələrində potensial birgə layihələr müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31