Dini Komitə 800 min manata portal açır - "Amin"

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) "Best Solutions" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

Olaylar.az xəbər verir ki, müqavilədə "Amin" portalının yaradılması nəzərdə tutulur. 

Satınalma müqaviləsinin maliyyə dəyəri  802 860,2 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. 

"Best Solution" MMC 21 yanvar 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Jana Krimpedir. "Best Solution" MMC "ASAN İmza" xidmətinin təminatçısıdır.  (Qaynarinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31