Azərbaycanın sosial-iqtisadi inkişafında qaz sektoru strateji əhəmiyyətı malikdir- ÖZƏL
20 İyun 10:33 İqtisadiyyatMilli Məclisin deputatı Asif Əsgərov qaz təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib. "Olaylar"ın məlumatına görə, deputat qeyd edib ki, bu sahədə çalışan əməkdaşların fəaliyyəti ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır: "Qaz təsərrüfatı sahəsində çalışan bütün əməkdaşları - mühəndisləri, texniki mütəxəssisləri və sahə üzrə fədakar işçiləri peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin peşəkar və məsuliyyətli fəaliyyətiniz ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında, qaz təsərrüfatı sisteminin dayanıqlı və fasiləsiz işləməsində mühüm rol oynayır. Azərbaycanın sosial-iqtisadi inkişafında qaz sektorunun strateji əhəmiyyətini nəzərə alaraq, bu sahədə çalışan hər bir əməkdaşın zəhməti yüksək qiymətə layiqdir.
Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı enerji siyasətinin icrasında sizin əzmkarlığınız və fədakarlığınız xüsusi önəm daşıyır. Sizə və ailələrinizə möhkəm cansağlığı, uğurlar və təhlükəsiz əmək şəraiti arzulayıram. Bayramınız mübarək olsun!"