FES faizləri sabit saxlasa  Tramp  ciddi şəkildə əsəbləşəcək- ÖZƏL

ABŞ-nin Federal Ehtiyatlar Sistemi (FES) neft qiymətlərinin artmasının növbəti aylarda inflyasiya (qeyd edim ki, son ayın inflyasiya göstəricisi İsrail-İran müharibəsi başlayana qədər nisbətən aşağı olan neft qiymətləri fonunda gözlənilən səviyyədə idi)  təzyiqi formalaşdırdığı, geosiyasi risklərin artdığı, Rusiya-Ukrayna müharibəsinin daha da şiddətləndiyi, artan neft qiymətlərinin iqtisadi artımı zəiflədəcəyi, Yaxın Şərqdə ciddi bir qeyri-müəyyənlik formalaşması, gözlənilən qaçqın axınının Avropanın iqtisadiyyatına mənfi təsir edəcəyini və digər riskləri əsas gətirərək dolların faiz dərəcəsini böyük ehtimalla sabit saxlayacaq". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Əslində son FES iclasından sonra iyun ayında faizlərin düşürüləcəyi gözlənilirdi. Əgər FES faizləri həqiqətən sabit saxlasa bu Trampı ciddi bir şəkildə əsəbləşdirəcək. FES-ə qarşı arqumenti bu olacaq ki, siz indiyə qədər datalar əsasında qərar qəbul etdiyinizi bildirirdiniz. İnflyasiya göstəriciləri gözlənilən səviyyədə isə niyə düşürmürsünüz? Gələcək gözləntiləri niyə əsas götürürsünüz?
Qeyd olunan Tramp-FES gərginliyi Trampı neft qiymətlərinin aşağı salınması üçün daha kəskin və sürətli addımlar atmağa sövq edəcək. Çünki, yuxarı faizlər ABŞ büdcəsi üçün faiz xərclərinin yüksək qalması, büdcə kəsirinin isə artması (vergilər də azaldılır) deməkdir ki, bu da Tramp üçün risklidir. FES üçün daha praqmatik addım faizlərin 0.25%-0.5% düşürülməsi olar. Lakin, Trumpı bu qədər düşürülmə qane etmir. Tramp ən azı 1-1.5% düşürülmə gözləyir. Əslində, 0.25%-0.5% düşürülməsi ciddi risklər yaratmaz, bu az səviyyədə düşürülmə Trampı qane etməsə də. 
ABŞ Yaxın Şərqə böyük miqdarda qoşun, təyyarə və hərbi gəmilər toplayır. Əlavə 5 hərbi gəmi gəlməkdədir. Sonuncu dəfə bu qədər qoşun İraq müharibəsi zamanı toplanmışdı. Avropa İttifaqı xarici sərhədlərini bağlayır ki, bu da gözlənilən qaçqın axınının qarşısını almaq və mümkün terror aktları risklərini minimallaşdırmaq məqsədini güdür.
İranla bağlı məsələ demək olar ki, aydındır. Burada baş verəcəklər sürpriz deyil. Hadisələr növbəti günlərdə daha sürətli və kəskin şəkildə cərəyan edəcək. Burada sürpriz olacaq məsələ o olar ki, İsrail fasilə vermədən, nəfəs almadan növbəti mərhələyə keçsin. Görünən isə odur ki, növbəti mərhələdə ABŞ ya birbaşa, ya da dolayı yolla (aktiv müdafiə mövqeyində) daha ön planda iştirak edəcək".

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31