Azərbaycan 5 il valyuta ehtiyatları hesabına yaşaya bilər

"Neft ixrac etməsək valyuta ehtiyatlarımız 5 il özümüzü təmin etməyə kifayət edər". Bunu parlament komitələrinin 2014-cü il Dövlət büdcəsinin müzakirəsi zamanı İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib. Nazir müavini qeyd edib ki, ehtiyatlarımız xarici borclanmanı dəfələrlə üstələyir. "Xarici borclanma ÜDM-in cəmi 7-8 faizini təşkil edir". S.Həsənova bildirib ki, hər il ölkədə qeyri-neft sektoru inkişaf edir, ÜDM-də onun payı artır: "Biz bu inkişafla 2020 konsepsiyasında göstəricilərə çatacağıq. Bizim strategiyanın əsas vəzifəsi də budur". O, ölkədə siyasi sabitliyin təminatı əsasında makroiqtisadi sabitliyin təmin olunduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31