Bibiheybət qəsəbəsindəki bağçada 40 uşaq üçün əlavə yer yaradıldı

Səbail rayonunun ən qədim qəsəbəsi olan Bibiheybətdə  bu  il 70 saylı Uşaq bağçası üçün zirzəmisi olan 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikintisi və eləcə də  bağçanın köhnə binasının əsaslı təmir işləri aparılıb. Təmir və yenidənqurma işləri bağçada əvvəllər mövcud olan 3 qrup 55 uşaqa əlavə olaraq 40 uşaqlıq yeni 2 qrupun açılmasına  imkan verəcək.

Bağça avadanlıq və mebellərlə tam təchiz olunub və bu ay bağça yenidən fəaliyyətə başlayacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31