Misir ABŞ-ın 1 milyard dollarından imtina etdi
4 Noyabr 2013 11:38 İqtisadiyyatABŞ dövlət katibi Con Kerrinin Misirə səfəri zamanı insanları anti-Amerika şüarları ilə qarşılanıb. "FransPress"in verdiyi məlumata görə, Kerri Səudiyyə Ərəbistanına getməmişdən qabaq əvvəlcə Misirə daxil olub. ABŞ rəsmisi rəsmi Qahirədən ölkədə davam edən komendant saatının vaxtını uzatmamasını tələb edib. Con Kerri isə çox gərgin və çətin vəziyyətdə Misirə daxil olub. Dövlət katibini aqressiv qarşılayan misirlilər ABŞ əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilər Ağ Evi keçmiş prezident Məhəmməd Mursini devirməkdə ittiham ediblər. Diplomatik mənbələrdən "FransPress"ə sızdırжlan məlumata görə, Kerrinin Misir səfərində rəsmi Qahirə ABŞ-ın hər il bu ölkəyə etdiyi 1 milyard dollardan imtina edib. Misir rəsmiləri qeyd ediblər ki, onlara pul lazım olsa, 20-30 ölkədən bunu ala bilərlər. ("OLAYLAR İA")