“Baku Energy Forum” öz işinə başlayıb

30-cu Yubiley "Baku Energy Forum" öz işinə başlayıb.

Olaylar.az xəbər verir ki, Azərbaycanla yanaşı, iştirakçı ölkələr sırasına Almaniya, ABŞ, Belçika, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çin, Estoniya, Finlandiya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Hollandiya, Norveç, Pakistan, Rumıniya, Rusiya, Qvineya-Bisau, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə və Yaponiya daxildir. Bu il forumun proqramına rekord sayda məruzəçi daxildir: 74-dür.

Forum 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji "Caspian Power" sərgilərinin də daxil olduğu 30-cu Bakı Enerji Həftəsi çərçivəsində keçirilir.

Qeyd edək ki, bu il Bakı Enerji Həftəsi 39 ölkədən 267 şirkətə ev sahibliyi edir. İştirakçıların coğrafiyası bütün enerji mənzərəsini əhatə edir - Avropa və Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31