Bazarlarda qiymət artımı yoxdur

Azərbaycanın istehlak bazarında daimi nəzarət tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında daimi monitorinqlər aparılır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev "OLAYLAR"a bildirdi ki, nəzarət tədbirlərindən biri də istehlak bazarında süni qiymət artımı ilə bağlı monitorinqlərin aparılmasıdır: "Süni qiymət artmına nəzarət məqsədilə daimi monitorinqlər aparılır. İstehlak bazarında süni qiymət artımı qeydə alınmayıb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31