Fərdi təsərrüfatlarda çalışanlar vergidən yayınırlar
31 Oktyabr 2013 16:03 İqtisadiyyat"Azərbaycanda fərdi təsərrüfatlardakı işçi qüvvəsinin leqallaşdırılmasına ehtiyac var". Bunu deyən millət vəkili, Milli Məclisin soaial siyasət daimi komitəsinin üzvü Elmira Axundovanın sözlərinə görə, bu halda sosial sığorta yığımın həcmini artırmaq olar: "Hazırda belə işçilər müqaviləsiz fəaliyyət göstərirlər. Bu səbədən dövlət büdcəsinə hüç bir vəsait ödənilmir və arada xeyli miqdarda pullar itir". Onun sözlərinə görə, qanunvericilikdə fərdi təsərrüfatlarda çalışanların vergiyə cəlb edilməsinin konkret mexanizmi yoxdur. Əgər onlar vergi ödəmək istəsələr fiziki şəxs kimi 38 faiz ətrafında sadələşdirilmiş vergi, üstəgəl 15 faiz ətrafında sığorta haqqı ödəməlidirlər: "Belə məlum olur ki, fərdi təsərrüfatda çalışan insanlar gəlirlərinin yarıdan çoxunu vergilərə ödəməlidirlər. Belə halda təbii ki, həmin kateqoriyadan olan insanlar leqal şəkildə vergi ödəməkdə maraqlı olmayacaqlar".