Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
5 May 12:31 İqtisadiyyatBu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.
Olaylar.az xəbər verir ki, bu sözləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
O qeyd edib ki, bu hava limanının əvvəlcə yük üçün tikilməsi nəzərdə tutulurdu.
"Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir. Nəzərdə tutduğumuz o idi ki, bu hava limanı ancaq yükdaşımalarda istifadə olunsun, ancaq bu gün qərar dəyişib. Hava limanı tikiləndən sonra bizim investorlar çox əlverişli şəraitlə təmin olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31