“Yaşıl enerji” investisiyalarında audit yoxlamalarının aparılması zəruridir

"Gələcəkdə "yaşıl büdcə" yanaşmaları Hesablama Palatasının yoxlamalarında əsas istiqamətdən birinə çevrilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib: "Ötən il "yaşıl enerji"yə yatırılan investisiyalar 2023-cü illə müqayisədə 21 % artıb. Hazırda əsasən Xızı və Qobustan rayonlarında günəş və külək enerjisi layihələri həyata keçirilir. Gələcəkdə bu sahədə audit yoxlamalarının və əsaslı təhlillərin aparılması zəruridir. Bu kontekstdə nəticə yönümlü büdcə və "yaşıl büdcə" yanaşmalarının Hesablama Palatasının audit fəaliyyətində mərkəzi yer tutması məqsədəuyğun olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31