Ölkəmizdə və Avropada kartof qiymətinin fərqi şok etdi
21 Aprel 10:59 İqtisadiyyatAna səhifə Toplum
Azərbaycanda yeni mövcümün başlamasına baxmayaraq, kartofun bahalığı ictimai müzakirələrə səbəb olub.
Axar.az xəbər verir ki, hazırda bazarlarda kartofun qiyməti 1,7-2 manat arasında dəyişir və bunun ötən illə müqayisədə ikiqat baha olduğu bildirilir. Yeni kartof isə 4 manat civarındadır.
İqtisadçı Razi Abasbəyli Avropada kartofun qiymətini təqdim edib:
- Polşa - 0.24-0.49 avro (44-90 qəpik)
- Niderland - 0.27 avro (49 qəpik)
- Belçika - 0.175 avro (32 qəpik)
- İspaniya - 0.44-0.73 avro (0,79-1,31 manat)
- Ukrayna - 22-30 qrivna (0.93-1.27 manat).
Çexiya, Polşa, Estoniyada 1 kq kartofun satış qiyməti ortalama 0.80 AZN-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31