2 milyondan çox​ insan DGK "Smart Customs" tətbiqindən​ istifadə edir

Hazırda Dövlət Gömrük Komitəsinin (DGK) "Smart Customs" mobil tətbiqindən​ 2 milyondan çox insan istifadə edir.
"Olaylar "​ xəbər verir ki, bunu DGK-nin Rəqəmsal İdarəetmə Baş İdarəsinin nümayəndəsi Elgül Həsənli "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yaxın zamanda tətbiqin yeni dizaynı təqdim olunacaq:
"'Smart Customs' tətbiqində xüsusi alqoritmə əsaslanan avtomatlaşdırılmış çat-bot sistemi fəaliyyət göstərir. Hazırda İOS istifadəçilərinin sayı​ 1,1 milyonu keçib, Android istifadəçilərinin sayı isə​ 930 mindən çoxdur".
Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-dən təkmilləşdirilmiş "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (Smart Customs) layihəsinin tətbiqinə başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31