69 min hüquqi və fiziki şəxs xaric ticarətlə məşğul olub
18 Aprel 11:32 İqtisadiyyatAzərbaycanın gömrük orqanları bir tərəfdən ticarəti asanlaşdırmalı, digər tərəfdən isə təhlükəsizliyi təmin etməlidir, bu da mürəkkəb prosesdir.
Olaylar xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Güloğlan Muradlı Bakıda "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən tədbirdə bildirib.
"Azərbaycan ötən il 180 ölkə ilə xarici ticarət əməliyyatları aparıb, 11 mindən çox məhsulun ixracı və idxalı həyata keçirilib. Milyonlarla ton yüklərin sərhəddən keçirilməsinə gömrük nəzarəti kənardan sadə proses kimi görünə bilər, amma bu, elə də asan deyil. İl ərzində 69 min hüquqi və fiziki şəxs xarici ticarətlə məşğul olub, 35 mindən çox hüquqpozma faktı aşkarlanıb, həmin şəxslər müvafiq məsuliyyətə cəlb olunublar. Gömrük sərhədini keçən sərnişinlər arasında hüquqpozmaya meyilli insanların sayı az deyil. Bu, ilk növbədə bizim təhlükəsizliyimizə təsir edir".