Ötən il DGK 33 milyondan çox xidmət göstərib
18 Aprel 11:20 İqtisadiyyatÖtən il Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 33 milyondan çox xidmət göstərilib. "Olaylar " xəbər verir ki, bunu DGK sədrinin müavini Güloğlan Muradlı "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən seminarda deyib.
O, bildirib ki, göstərilən xidmətlərin 99%-i elektron qaydada həyata keçirilib.
chr("39")Rəqəmsal həllərdən düzgün istifadə edilməsə, bu qədər xidmətlərin göstərilməsi mümkün deyil. 2025-2030-cu illər üçün Gömrük İnkişaf Strategiyası qəbul edilib. Bu strategiya ilə gələcəyə baxışımızı, ambisiyalı hədəflərimizi ortaya qoymuşuq. Həmçinin, bu strategiya ilə süni intellektin və yeni texnologiyaların geniş tətbiqini nəzərdə tutmuşuq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31