“Amal” firmasına maliyyə sanksiyası tətbiq edildi

Məlumat verildiyi kimi, "Amal" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyən edilmiş və qanun pozuntuları ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Amal" firması barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Amal" firmasına 11,8 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31