Ermənilər aylıq məvaciblərinin 15%-ni ictimai nəqliyyata xərcləyirlər
30 Oktyabr 2013 12:34 İqtisadiyyatİrəvan şəhər meriyasının rəsmisi Kamo Arenyan yerli mətbuata açıqlamasında bildirib ki, paytaxtda ictimai nəqliyyat xərcləri yenidən artacaq. Arenyan bildirib ki, şəhər meriyası məsələ ilə əlaqədar qanunu yaxın vaxtlarda imzalayacaq: "Bundan sonra ictimai nəqliyyatda keyfiyyətin artacağına inanırıq". Mətbuat qeyd edir ki, paytaxt sakinləri aylıq məvaciblərinin 15%-ni ictimai nəqliyyata xərcləyirlər. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31