Mart ayında iş günlərinin sayının az olması büdcə xərclərinə təsir edib
8 Aprel 2025 11:07 İqtisadiyyatYanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 9 733,4 milyon manat təşkil edib ki, bu da rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 faiz çoxdur. "Olaylar" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2005-ci ilin birinici rübündə dövlət büdcəsinin icrası ilə bağlı məlumatda əksini tapıb. Məlumatda qeyd edolunur ki, cari ilin I rübü üzrə dövlət büdcəsinin xərcləri isə 8 280,0 milyon manat proqnoza qarşı 8 115,0 milyon manat, yəni 98,0 faiz icra edilib.
Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsi xərclərinin artıqlaması ilə icra edilməsinə baxmayaraq, mart ayında iş günlərinin sayının az olması səbəbindən (13 iş günü) xərclər I rübün proqnozuna qarşı 2,0 faiz az yerinə yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31