Ölkəmizin yaşıl enerji strategiyası böyük potensiala malikdir- ÖZƏL

"Azərbaycanın yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi mövqeyi daha da güclənib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Təbii ki, ölkəmizin yaşıl enerji strategiyası böyük potensiala malikdir. Azərbaycanın yerləşdiyi təbii coğrafi şərait də buna imkan verir. Xəzər dənizinin külək enerjisi potensialından istifadə edərək daxili tələbatı ödəməklə yanaşı Avropaya yaşıl enerji ixracı üçün də böyük imkanlar yaradır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları  "yaşıl enerji zonası" elan edilib. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, su elektrik stansiyalarının modernləşdirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın bu sahədəki strateji məqsədlərindən biridir. Azərbaycan 2050-ci ilə qədər karbon emissiyalarını minimuma endirməyi hədəfləyib ki, bu da enerji sektorunda bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31