Bakıda "Daha "yaşıl gələcəy"ə innovativ yollar: bərpa olunan enerji və emissiyaların azaldılması" mövzusunda tədbir keçirilir

Bakıda "Daha "yaşıl gələcəy"ə innovativ yollar: bərpa olunan enerji və emissiyaların azaldılması" mövzusunda tədbir start götürüb.

Olaylar.az xəbər verir ki, tədbir ADA Universiteti, Macarıstan və Çexiya Respublikalarının Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Green" şirkətinin direktoru Elmir Musayev, elecə də media nümayəndələri iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31