Azərbaycanla Mərkəzi Asiya ilk trans-Xəzər enerji dəhlizini reallaşdıracaq

Azərbaycanla Mərkəzi Asiya ilk trans-Xəzər enerji dəhlizini reallaşdıracaq.

Olaylar.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Bakıda "Azərbaycan, Qazaxıstan, Özbəkistan və AİB, AİİB arasında Anlaşma Memorandumu" imzalandı. Bu memorandum, bankların maliyyə dəstəyi əsasında "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi tədqiqatlarına başlamağı təmin edəcək. Bu regional yaşıl enerji təşəbbüsü sayəsində Azərbaycanla Mərkəzi Asiya ilk trans-Xəzər enerji dəhlizini reallaşdıracaq", - deyə paylaşımda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31