Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əməkdaşlığı ilə bağlı anlaşma memorandumu imzalanacaq
4 Aprel 12:46 İqtisadiyyatAzərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əməkdaşlığı ilə bağlı anlaşma memorandumu imzalanacaq.
Olaylar.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
"Burada Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əməkdaşlığı ilə bağlı anlaşma memorandumu imzalanmalıdır.
Əminik ki, Cənub Qaz Dəhlizi genişmiqyaslı əməkdaşlığa çevrilərək bir platforma olacaq. Bizim birgə səylərimiz yeni mərhələyə də öz nəticələrini verəcək və enerji təhlükəsizliyində yeni imkanlar açacaq", - deyə Pərviz Şahbazov əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31