Türkiyə 120 ölkəyə yardım edib
29 Oktyabr 2013 16:18 İqtisadiyyatTürkiyə ötən il 121 ölkəyə 3.4 milyard dollarlıq yardım edib. Yardıma sərf olunan məbləğin 2 milyard 533 milyon lirəsinin açıqlanan son hesabata görə dövlət büdcəsindən ayrıldığı məlum olub. Rəsmi Ankara tərəfindən ən çox yardım edilən 10 ölkə sırasında isə Suriyə, Misir, Əfqanıstan, Qırğızıstan, Somali, Sudan, Tunis, Fələstin, Qazaxıstan və Bosniya Hersoqovinanın adı qeyd olunur. Sonrakı pillələrdə adları qeyd olunan ölkələr sırasında Azərbaycanın da adı hallanır. Qardaş ölkə ötən il ərzində Azərbaycana min arı ailəsi, digər ölkələrə isə su quyuları, mal-qara hədiyə edib. Ötən il Suriyada baş verən qarşıdurma ilə əlaqədar olaraq Türkiyə hökuməti bu ölkəyə daxil olan suriyalı qaçqınlar üçün də kifayət qədər vəsait xərcləməli olub. Suriyalı qaçqınlara xərclənən vəsaitin ümumi məbləği isə 979 milyon 39 min dollar olub. "OLAYLAR" İA.