Ermənistan Rusiyadan 1 milyard dollar borc istəyir
10 İyul 2012 20:43 İqtisadiyyatErmənistan hökuməti Rusiyadan külli-miqdarda kredit istəmək qərarına gəlir. Lent.az-ın Ermənistanın "Aykakan jamanak" qəzetinə istinadən verdiyi xəbərə görə, söhbət 1 milyard dollardan gedir. Qəzetin yazdığına görə, rəsmi İrəvan kreditin ilk tranşını təcili, elə bu ilin payızına kimi əldə etmək niyyətindədir. Rusiya tərəfinin xahişə nə cavab verəcəyi bəlli deyil.
Qəzetin yazdığına görə, Rusiyadan fərqli Avropa İttifaqı artıq Ermənistana rədd cavabı verib. Ermənistan İttifaq çərçivəsində 1 milyard 500 milyon kredit almaq istəsə də, onun xahişinə baxılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31