Vergilər Nazirliyi tərəfindən 216 cinayət işi başlanıb

Vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 481 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib. Bu barədə Vergilər Nazirliyindən verilən məlumata görə, 2012-ci ilin 1-ci yarımilliyi ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma, aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 216 sayda cinayət işləri başlanıb, 176 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. İstintaqı tamamlanmış cinayət işlərindən külli miqdarda vergidən yayınma,  xeyli miqdarda vergidən yayınma,  külli miqdarda vergidən yayınma və qanunsuz sahibkarlıq, külli miqdarda qanunsuz sahibkarlıq, külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə ümumilikdə cəmi 31 iş 34 nəfər barəsində ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib,  145 işin icraatına xitam verilib. İcraatına xitam verilmiş cinayət işlərindən 106 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (14 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan cinayət işinə xitam verilib, departamentdə aparılan araşdırmalar zamanı 6 milyon 997 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31