5-dən çox uşağı olan ailələrə müavinət veriləcək
29 Oktyabr 2013 15:23 İqtisadiyyatMilli Məclisin bu gün keçirilən iclasında "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik edilib. Qanun layihəsi barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki,
əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31