Azərbaycandan Litvaya pul köçürmələri azalıb, əks istiqamətdə artıb

Ötən il Azərbaycandan Litvaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,2 milyon ABŞ dolları təşkil edib. 

Azərbaycan Mərkəzi Bankdan əldə edilən məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon ABŞ dolları və ya 36,5% azalıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Litvanın payı 0,6% təşkil edib.

Həmçinin, ötən il Litvadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,4 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 93 min ABŞ dolları və ya 1,7% artım deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Litvanın payı 0,5% təşkil edib.

2023-cü ildə Azərbaycandan Litvaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5 milyon ABŞ dolları, əks istiqamətdə isə 5,3 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31