Aİ-Mərkəzi Asiya ölkələri nazirlərinin görüşündə Orta dəhlizin genişləndirilməsi müzakirə olunub
28 Mart 12:13 İqtisadiyyatTacikistan, Türkmənisan və Özbəkistanın Xarici işlər nazirləri, həmçinin Qazaxıstan və Qırğızıstanın XİN müavinləri martın 27-də Aşqabadda keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya ölkələri nazirlərinin 20-ci görüşü çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi ilə müzakirələr aparıblar.
Olaylar xəbər verir ki, nazirlər 2024-cü ilin yanvar ayında Brüsseldə keçirilən İnvestorlar Forumunun uğurunu qeyd ediblər və Avropa və beynəlxalq maliyyə institutlarının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) 10 milyard avro həcmində investisiya qoymaq öhdəlklərini alqışlayıblar. Onlar Mərkəzi Asiya ilə Avropa arasında kommunikasiyanın yaxşılaşmasında, eynilə regionda iqtisadi inkişafın stimullaşdırılmasında bu dəhlizin vacibliyini vurğulayıblar.
Görüş iştirakçıları, həmçinin 2024-cü ilin iyun ayında Orta Dəhliz üçün əlaqələndirmə platformasının işə salınmasının təşkilində Qazaxıstanın və 2024-cü ilin oktyabr ayında yüksək səviyyəli tədbirin keçirilməsində Türkmənistanın rolunu vurğulayıblar. Onlar eyni zamanda regional ticarətin və logistikanın inkişafı üçün Cənubi Qafqaz ilə əməkdaşlığın vacibliyini təsdiqləyiblər.
Bundan başqa, görüşdə Aİ və Mərkəzi Asiya arasında münasibətlərdə ən vacib xammal resurslarına artan diqqət müzakirə edilib. Nazirlər Aİ ilə Qazaxıstan və Aİ ilə Özbəkistan arasında strateji tərəfdaşlığa dəstəklərini ifadə ediblər. Bu tərəfdaşlıq yerli istehsal-paylama zəncirlərinin gücləndirilməsinə, beynəlxalq standartlara uyğunluğa və dayanıqlı investisiyaların dəstəklənməsinə yönəlib.