BMT Baş Katibinin köməkçisi gələcəyin çağırışlarına hazırlaşmağın vacibliyindən danışıb
12:33 İqtisadiyyatQlobal Cənubun dövlətləri keçmişin problemlərinin həllinə fokuslanıb, hərçənd gələcəyin çağırışlarına lazımınca diqqət ayrılmır.
Olaylar.az xəbər verir ki, bunu BMT Baş Katibinin köməkçisi, informasiya texnologiyaları üzrə direktor Bernardo Mariano XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel müzakirəsində etdiyi çıxışda deyib.
"İndidən bu problemlərin həllinin üzərinə düşməsək, dünya ikiqat böhranla üzləşəcək. Texnologiyaların ildırımsürətli inkişafı hökumətlərdən operativ reaksiya tələb edir. Misal üçün, süni intellektin əsl yüksəlişi 2022-ci ildə ChatGPT kimi generativ süni intellektlərin meydana gəlməsi ilə başlayıb.",-deyə o bildirib.
Onun sözlərinə görə, bu sahədə tərəqqi inanılmaz templərlə gedir. 17 yaşlı tələbənin zəkasına bərabər olan modeldən, dünya ən çətin tapşırıqları belə həll etməyə qadir olan avtonom süni intellektə qədər inkişaf etməkdədir. Dövlət sektorunun bu dəyişikliklərə hazır olması vacibdir. Bernardo Marion vurğulayıb ki, süni intellekt cəmiyyət üçün böyük potensiala malikdir: bərabərsizliyə qarşı mübarizə, uşaqların qorunması, cinayətlərin qarşısının alınması, iqlim böhranının həlli, yoxa çıxmaqda olan dillərin qorunub saxlanılması və s.
"Lakin, istənilən başqa texnologiya kimi, süni intellektində qaranlıq tərəfi var. Avtonom silahlar və digər mümkün təhdidlərə beynəlxalq ictimaiyyət xüsusi diqqət ayırmalıdır", -deyə o bildirib.