35 695 AZN pul mükafatı qazanılıb

"AtaBank" ASC-nin cari il martin 1-dəndən start verdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının başladığı müddət ərzində  19 801 ədəd lotoreya bileti paylanılıb və uduş kampaniyasında iştirak edən müştərilərin lotoreya biletləri əsasında 35 695 AZN  pul mükafatı qazanılıb. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, "AtaBank" ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında  qalan lotoreya biletlərinin sayı 10 193 ədəd təşkil edir. Qeyd edək ki, lotereya kampaniyası  dekabrın 31-dək davam edəcək. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.  Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31